Hədəflərimizin məhsuldar olması vacibdir.


productive.jpg

 


Müəssisənin öncədən müəyyən etdiyi və hədəflədiyi satışları reallaşdırması, bir futbol klubunun arzuladığı qələbəni əldə etməsi, həyatını birlikdə davam etdirmək istədiyi birisi ilə evlənməsi…

 

Bu nümunələrdə bir qurumun və/və ya  insanların hədəflədikləri nəticələrə çatdıqlarını göstərilir.

 

Mənim ağlıma belə bir sual gəldi. “ Görəsən hər insan gördüyü işdə faydalı ola bilərmi? Hədəfə çatan hər fəaliyyət faydalıdırmı?”  Bu suallara hər zaman “Hə” cavabı vermək mümkün olsa idi, hər müəssisə və hərkəs uğurlu olardı və heç kim və ya müəssisə bağlanma, işi tərketmə və ya “batma” riski ilə qarşılaşmaz, bütün futbol klublar çempion olar, beləliklə “uğursuzluq” sözü lüğətdən çıxardı. Hədəflərimiz faydalı və məhsuldar olmalıdır.

Məsələn, maya dəyəri 100min manatlıq bir məhsulu hədəfləyərək maya dəyərini qaldıraraq 200min manat etsək, biz hədəfimizə çatmış olarıq, amma məhsuldar olmarıq.

 

Məhsuldar olmaq, minimum xammal və daha az pulla hədəflənən məqsədə çatmaqdır (faydalı olmaq).

Bu, müəssisə idarəçiliyində ən həssas mövzulardan biridir. Hədəflənən və arzulanan məqsədlərə minimum xammaldan istifadə edərək və da az pul xərcləməklə məqsədlərə çatmaq… “Mənim pulum çoxdur, eyni işi 50 manat yerinə 60 manata etsəm belə mənim üçün fərqi yoxdur” düşüncəsi ilə müəssisəni idarə etmək olmaz. Təbii olaraq, rəqiblərin bənzər mal və xidmət keyfiyyəti və standartı ilə 50 manata istehsal etdiyini 60 manata istehsal edən müəssisə gec ya tez bazardan çıxmağa məcbur olacaq. Ümumiyyətlə, hər işin minimum məbləğlə görülməsi müəssisələrin daha uzun müddətdə bazarda qalmasına səbəblərdəndir. Beləliklə, nə olursa olsun, daha aşağı maya dəyəri ilə daha məhsuldar iş görmək hər müəssisənin əsas məqsədidir.

 

Diqqətinizə görə təşəkkürlər 🙂

 

 

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.