Wall Mart Stores – dünya miqyasında ən böyük pərakəndə satış həyata keçirən mağazalar şəbəkəsidir. Şirkətin baş ofisi ABŞ-ın Arkanzas Ştatının Bentonvil şəhərində yerləşir.1962-ci ildə əsası Sam Valton tərəfindən qoyulub. Hal hazırda Şirkətin aktivlərin 52 %-i Valton ailəsinə məxsusdur. Dünyanın 28 ölkəsində 11 mindən çox mağazaları fəaliyyət göstərir və 2 milyondan çox insan bu mağazalarda çalışır ki, bunun 1.4 milyonu ABŞ-ın payına düşür.
Şirkət Fortuna biznes jurnalının təsis etdiyi “Fortune Global 500” reytinq cədvəlində gəlirlərinə və işçilərin sayına görə 1-ci yerdə qərarlaşıb.
2014-cü ildə şirkətin ümumi gəlirləri 487 milyard $ , Şirkətin illik gəlirləri 16 milyard $, aktivlərinin dəyəri isə 203 milyard $ təşkil edib.
Şirkətin SWOT analizi:
Strengths (güclü tərəfləri) :
- Şirkətin ABŞ-da 4000 dən çox mağazası var və mağazalar arası şəbəkə yüksək səviyyədə təşkil olunub, məhsullar vaxtında mağazalara və müştərilərə çatdırılır
- Mağazalarda olan məhsulların keyfiyyəti və qiyməti müştəriləri qane edir
Weaknesses (zəif tərəfləri) :
- Məhsul çeşidinin həddən çox olması müştərilərin rahat seçiminə mane və onların zaman itkisinə səbəb olur
- Şirkət öz maliyyə xərclərini azaltmaq üçün son illərdə çoxlu sayda işçini ixtisara salıb. Bununla da işçilərin şirkətə olan etibarı azalıb
- Son illərdə şirkət yüksək iş şəraitinin olmaması və korrupsiya hallarına görə tez-tez tənqid olunur və bu hal şirkətin nüfuzuna mənfi təsir edir
Opportunities (imkanları) :
- Şirkət daha inkişaf etmiş ölkələrdə öz mağazalarının sayını artırmaqla gələcək gəlirlərini yüksəltmək imkanlarını yaradır.
- Son 10 ildə şirkətin öz istehsal etdiyi məhsulların satışından əldə etdiyi gəlirlər 40 faizdən çox olub. Bu hal şirkətin gələcək gəlirlərinin stabil və artan tempdə olmasını təmin edir.
Threats (təhlükələri) :
- Yerli və qlobal bazarda rəqiblərinin çox olması, həmçinin son illərdə müştərilərin online alış-veriş vasitəsi ilə digər mağazalara üz tutması
- Xarici ölkələrdə baş verən iqtisadi və siyasi böhranlar şirkətin həmin ölkələrdəki mağazaların fəaliyyətinə mənfi təsir göstərir.