Evdə qal kampaniyası mənim həyatıma (təhsil, şəxsi inkişaf, davranış) təsiri perspektivləri.


YAZAR: Aynur Ələsgərova

Karantin günləri: 1.Evdə oturmaq, 2.Vaxtı səmərəli keçirtmək 3. Araşdırma aparmaq, Özünlə və həyatla maraqlanmaq. Mövcud və yarana biləcək sualların cavabı haradadır?!

Karantin günlərini hamı üçün nəzərdə tutulan amma hamının da eyni keçirtmədiyi günlər adlandırmaq olar. Uzun-uzadı boş vaxt kimi görsənən günlər əslində nə qədər dolu və mənalı olduğunu təəssüf ki, az adam tapılar başa düşsün. Adi günlərdə “ vaxtın varsa..” tipli müraciətlər alan insanların, vaxtları olmadığına görə həyata keçirdə bilmədikləri “ o qədər” iş olmasına baxmayaraq həmin insanlar yenə də ( indi də)  şikayətlənirlər. “ Vaxtım olsaydı…” deyib həsədlə vaxtın olmasını arzulayanların bir qisminin hal-hazırda da heç nə etməmələri  maraq doğurur. Bu günlər bir daha sübut etdi ki, ( hesab edirəm, tək bu günlərdə deyil o özünü zaman-zaman göstərib) vaxtszılıqdan şikayətlənib həyatı təxirə salan insanların problemi vaxt deylmiş. Ümumiyyətlə deyərdim ki, təxirə salmanın psixologiyasında məntiqli səbəblər az olur. Yəni siz əgər nəyisə təxirə salırsınızsa bu sizin imkansızlıqlarınızla əlaqədar deyil, sizin münasibətinizlə bağlıdır. Sizin  hansısa işləri görmək, hansılarını təxirə salmaq məsələsinə tendensiyanız yəni meyliniz qərar verir. Burada mən məsuliyyətləri nəzərdə tutmuram, tələb və normalar qarşısında icra olunmalı işlər istisna təşkil edir. Yəni, “vaxtım olsaydı..” deyib nəyisə təxirə salan insan əslində o işə heç vaxtı olanda da meyl göstərmir. Bu günlərdə hamımızın evdə olması, hamımızın kifayət qədər çox vaxtı olması demək idi, bu qədər vaxt imkanına rəğmən yenidən nələrinsə yarımçıq qalması bir daha yuxarıda deyilənləri təsdiqləyir. Şikayətlənmədən öncə insan meyillərini nəzərdən keçirtməlidir. Birinci növbədə təxirə saldığı hadisənin əsasında real ciddi səbəbin yoxsa meyilin durması aydınlaşdırılmalıdır. Real səbəblər yoluna qoyulur köməkli və ya təkbaşına , lakin meyilsizlik məsələsi mümkündür ki, həmişə sizi narahat eləsin. Meyilsizlik psixoloji məqam sayılıb iradi dözümsüzlüklə əlaqələndirilən anlayışdır. Bəli, meyil göstərmək, möhkəm iradi keyfiyyətlər tələb edir. Bunu isə yaratmaq olar, məcburi və ya asanlıqla deyil , meyilsizliyin fəsadları və ya meyil etmənin  məntiqini göstərərək.

            Hesab edirəm ki, insanın gündəlik həyatda elədiyi işlərin təhlilini aparmaq, münasibətlərdə roluna nəzər salmaq, həyatdakı yerinə göz gəzdirmək bir sözlə, düşünmək və aydınlaşdırmaqdan ötrü vaxta, amma “ təkbaşına vaxta” ehtiyacı var. Buradakı “ təkbaşına” ifadəsi dedikdə insanlarsız düşünmə, bir müddət onlardan ayrı qalıb fikirləşməni vurğulamaq istəyirəm. Nə qədər doğru edirəm, və başqa necə davranmaq olar sualına insan rahat formada təhlillərini apardıqdan, hesabatı tədqim etdikdən sonra cavab tapa bilər. İnsanın özüylə vaxt keçirtməyə, müdaxiləsiz qərar verməyə ehtiyacı var. İnsan cəmiyyətdə qrup içində yaşayır, fəaliyyətdədir. O hər yerdə hansısa “ qurumun” üzvü rolunda çıxış edir. Ailənin nümayəndəsi, müəssisənin işçisi, filankəslərin qohumu vəs. Onun istənilən addımında minimmum bir neçə nəfər iştirak edir, onlarla insan şahidlik göstərir, özündən “ böyüklər” və ya “ kiçiklər” tərəfindən müzakirə olunur. İnsanın həyatını başqalarsız təsəvvür etmək mümkün deyil. Bundan qaçmaq və ya xilas olmaq istəyi də mənasız hesab olunur, indiki  halda bununla yaşamaq və ayaqlaşmaq tələb edilir. Yaşamaq prosesində istiqamət bir-başa şəxsin özündən aslı olsa da həyata keçirilməsində yəni işə düşdükdən sonrakı fəaliyyət isə eyni zamanda bir çox insanla əlaqədar olur. Yəni, insan istəsə də başqalarından xilas ola bilməyəcək. Hətta özü təyin etdiyi istiqamətdə onu müşayiət və bəzən müdaxilə edəcək insanlarla təbii olaraq qarşılaşır.İnsan əməkdaşsız ( həyat əməkdaşlığı nəzərdə tutulur ) keçinə bilmir. Həyat boyu qrup halında, çoxluq içərisində yaşayan insan tək qalmağı nəinki arzulamaq hətta ona ehtiyacı olur. Təbiətin bütün insanlara gətirdiyi tək qalmaq imkanı bəlkə də təsadüfi hal deyil. Yuxarıda həyat prosesində istiqamətin insan tərəfindən verildiyini qeyd etmişdik. Bəlkə də bütün insanların seçdiyi istiqamət, gəldiyi qənaətdə səhvlik var və təbiət o qənaətə yenidən nəzər salmağın zəruriliyini hamıya çatdırmaq istəyir?! Hamıyla ayaqlaşmaq istəyi, hamı tərəfndən qəbul olunanı həyata keçirtmək məsələsi o qədər təbii və adiləşib ki, insanın müxtəlifliyini görə bimək, fərqi tapmaq çox çətindir. Çox vaxt da fərq olmur heç. Hamı əsasən eyni şeyləri edir, hamı əsasən eyni yaşayır. Eyni şeylərə gülünür, eyni formada əylənilir, az qala kədərlənmək və uğursuzluq da hamı üçün eynidir. Hansı halda sevinmək, hansı halda üzülmək lazımdır suallarını 100lərlə insana cavablandırması üçün versək, yəqin ki təhlildə əksəriyyətinin eyni və ya yaxın cavablar verdiyini görmüş olacağıq. Əsasən eyui cür yaşayan insanlar eyni yoldan gedir və eyni səhvləri dəfələrlə edirlər. Səhvlərə görə bir və ya iki nəfəri cəzalandırmaq olar əgər səhv edənlərin sayı azdırsa. Səhv edənlərin kütləviləşməsini görən təbiət ,hamıya aid ola biləcək tədbir  görməliydi . Səhvlərin qarşsını almaq, ziyanın miqyasını və müddətini azaltmaq üçün təbiətin qısa zamanda hamıya ötürəcəyi “ehtiyatsızlıq tədbirinə” ehtiyacı vardı. Mənəvi keyfiyyətsizliyin əhatəsi və miqdarı o qədər çox idi ki, hətta təbiət gördüyü “ ehtiyatsızlıq tədbirindən” bir çox insanın ziyan çəkə biləcəyini nəzərə almamışdı..Ya da bu tədbirlər nəticəsində dəyən ziyan indiyə qədər olanlardan- insanların özü tərəfindən yaradılandan- az olduğu üçün təbiət, dayandırmağı lazım bilmir.

            Bu günlər hamımız üçün fürsətdir. Nəzərdən keçirtmək, dəyərləndirmə aparmaq, yeni davaranış formalarına göz atmaq, özümüzü tənzimləmə, düşüncəni yeniləmə, neqativ hsslərdən yüngülləşmə üçün imkandır. İnsan bunu hamı içində eləyə bilmir, hər kəs onun vaxtını alır. Nə qədər ki zaman var, nə qədər ki, təbiətin bizə verdiyi vaxt uzanır, araşdırmaq, əsl olana nail olmaq lazımdır. İnsan hamı kimi davranmaqla yox, özü olduğu halda qələbə qazanır, rahatlıq tapır, faydalı sayılır. Orjinal mənliyi sayəsində o, özünün və həyatın qeydinə qalır, bu gününü qoruyur, sağlam sabahını təmin edir…

            Qeyd: Karantin günlərini sıxıcı keçirtməmək üçün sizə bir sıra tövsiyyə vermək istərdim. Hal-hazırda qeyd etmək istədiyim tövsiyyələrə siz yəqin ki bu günə qədər rast gəlmisiniz sadəcə bir qədər özünüzə uyğunlaşdırsanız tövsiyyələri daha rahat həyata keçirtmək mümkündür. Məsələn, tez-tez təklif olunan həll yolu ( darıxmamaq üçün ) kitab oxumaqdır. Mən isə bu təklifi daha da konkretləşdirib, özünüzə maraqlı, sizi cəlb edəcək, fərqi yoxdur həcmi, fərqi yoxdu kütləvilik səviyyəsi oxumanızı tövsiyyə edərdim . Nə oxuyursunuzsa oxuyun amma mütləq oxuyun. İmkan verin beyniniz oxuduğunu təhlil etsin, mühakimə yürütsün, oxuduğundan nəticə çıxartsın. Hamının etdiyini eləyən insan beyninin mühakimə yürütmək, vəziyyətləri gözdən keçirtmək qabiliyyətinə ehtiyacı var. Bu qabiliyyəti isə mütaliə sayəsində əldə etmək mümkündür. Mütaliət etmək sizin tək mühakimə qabiliyytinizi deyil, eyni zamanda daha iradəli və dözümlü olmağınızı təmin edə həm də diqqətinizin cəmləndirilməsi üçün əla tapşırıq hesab olunur. Yəqin ki, növbəti edəcəyim təklifi də çox eşitmisiniz  Burada söhbət film izləməkdən gedir. Amma yenə də hər şeyə baxın təklifi deyil, sizi maraqlandıran mövzularda olan filmləri izləyin təklifi daha doğru olar. Amma yenidın diqqıət etməli olduğunuz məqam, baxdığınız filmlərdən nəticənin çıxarılması, gəldiyiniz qənaətdir. Bir sözlə, karantin zamanı etdiyiniz hər məşğuliyyəti araşdırıb, təhlilini aparmaq sizə karantindən sonrakı həyatınızda əsaslı yardım rolunu oynayacaq.

Plagiat göstəricisi:

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.