Boinq(The Boeing Company) dünyanın ən iri hərbi və mülki təyyarə, raket , peyk ,həmçinin onların ehtiyat hissələrini istehsal edən transmilli ABŞ şirkətidir. Əsası 1916-cı ildə Vilyam Edvard Boinq tərəfindən qoyulmuş şirkətin baş ofisi ABŞ-ın Çikaqo ştatının İllinoyus şəhərində yerləşir. Hazırki prezidenti Dennis Muilenburgdur. Şirkətin 2014-ci ildə məhsul satişından gəlirləri 90.7 milyard $ çatmışdır və “Fortuna” biznes jurnalının 2015-ci il üçün tərtib etdiyi reytinq cədvəlində 27 –ci pillədə qərarlaşıb. Boinq məhsulları dünyanın 150-ə yaxın dövləti tərəfindən istifadə edilir. Aktivlərinin ümumi dəyəri 99.1 milyard $, illik əməliyyat gəlirləri 6.5 milyard $ (2015), işçilərin sayı isə 162.000 nəfərdir.
SWOT analizi
STRENGHTS : (GÜCLÜ tərəfləri)
- Mülki, hərbi, kosmik və digər sahələrdə Boinq məhsullarının üstünlük təşkil etməsi
- Boinq 787 Dreamliner ən son texnologiyalara cavab verən uzaq mənzilli hava gəmisi hesab edilir və satışına görə bazarda liderdir
- Boinq təyyarələrin az yanacaq sərf etməklə daha uzaq mənzillərə uçması
WEAKNESSES: (zəif tərəfləri)
- İnternet vasitəsi ilə məhsulların çatdırılması müştərilərin üçün baha başa gəlir
- Şirkətin öz işçilərinə əlavə(overtime) əmək haqqı ödəmələri, həmçinin təqaüddə olan əməkdaşlarının pullarını gecikdirməsi həmkarlar ittifaqı tərəfindən narazılıqla qarşılanır və nəticədə işçilər tez-tez tətillər edir. Bu isə həm şirkətin nüfuzuna təsir edir həmdə istehsal prosesini gecikdirir.
OPPORTUNITIES: (imkanları)
- Dövlətlərin son illərdə öz hərbi xərclərini artırması Boinq şirkətinin hərbi sənayesinin gəlirlərinin artmasına gətitrib çıxarmışdır
- Boinq 787 Dreamliner ABŞ ilə inkişaf etmiş uzaq Asiya dövlətləri arasında iqtisadi əlaqələrin inkişafı üçün perspektiv vəd edir
THREATS (təhlükələri)
- Dünya bazarında Titanium və Aliminium materiallarının qiymətinin qalxması
- Boinq 787 Dreamlinerin uçuş nəzarət sisteminin kiber-hücumlarına qarşı zəif olması
Maraqli SWOT analizler duzeldirsen. Tesekkurler ☺️
Bəyəntərəfindən bəyənildi 1 şəxs