Çuxur


YAZAR: Elvin Şabanov

Məkan Kordilyer dağlarının Kanada respublikası ərzisində olan hissələrində bir
yer.Artıq bu çuxurdakı 4 cü gündür,mən bir ayağım zədəli şəkildə oturmuş
möcüzə gözləyirdim.Təssüf ki,hər keçən saniyə artıq ümüdimi itirməkdə
idim.Əlimdə olan su bitmək üzərə idi ,yemək olaraq isə əlimdə qalan bir paket
moskva peçenyesi idi,oda artıq demək olar ki,bitmişdi.Ayağa qalxmağa bir neçə
dəfə cəhd etsəmdə bunun bir faydası olmadı .Hər qalxışımda ayağımın əzablı
ağrısı məni diz üstə çökəldirdi.Mən arıtq tək başıma bu çuxurda başımı itirməyə
başladığımı hiss edirdim.Uzun uzun fikrə dalır,sonra silkələnir yardım deyə
qışqırırdım,sonra qışqırmaqdan yorulub,susurdum,əsəb pozğunluğu səbəbindən
olacaq ki,axmaq kimi səbəbsizcə gülməyə başlayır sonra ani əsəb çığlığları
atırdım.Əsəbim kimə isyanım nəyə bilinməz ,axı burda olmağıma tək səbəbkar
mən idim,onda belə çıxır ki,özümə əsəbləşirdim,bunu hər anlayanda isə özümə
əsəbim biraz daha artırdı.hər dəqiqəm hərhalda qatarın yanında digərləri ilə
birlikdə qalmaq mənim üçün daha yaxşı olardı deyə düşünmək ilə keçirdi.Sonra
düşünmək,qışqırmaq, əsəb və ayağımın ağrısından halsız düşürdüm .Ara ara
yuxuya gedirdim,yuxu belə zülüm kimi gəlirdi,yuxumda qara bir kölgənin məni
təqib etdiyini daha sonra isə bu çuxura düşdüyümü görürdüm,hər dəfə daha
fərqli bir məkan amma sujet eyni çuxur və mən.Artıq yatmaq da oyanıq olmaq
da mənim üçün ciddi bir fərq yaratmırdı.Budur arıtq çuxurdaki 5 ci
günümdür,suyum son bir iki qurtumluq qalıb,yemək isə dediyim kimi azca
peçenye. Mən isə artıq gözümü zar zor açır və ətrafıma gözlərimi qıymış şəkildə
görər görməz formasında baxırdım.Bir neçə saat sonra mən gözlərimi yavaşca
açdığım zaman kiminsə çuxura ip saldığını gördüm,gözlərimə inana bilmirdim,
ey sən kimsən ,? Məni necə tapdınız ? niyə bu qədər geçikdiniz ,axı qəzadan 13
gün keçib,niyə geçikdiniz ? deyə səsləndim.Xilas edicilər arıtq məni tapdı mən
qurtuldum deyə sevinirdim və gülümsəyirdim,amma aşağı enən şəxs mənə
cavab vermirdi,onun üzünü isə zar zor görürdüm.Yavaşca mənə yaxınlaşdı ,bir
dəyqə ,mən bu adamı tanıyıram,bu ki, mənim Bakıda yaşayarkən üst qonşum
olan Zeynallı Rafiq idi,axı o necə xilasetmədə işləyə bilər ? özüdə Kanada
da,axı,axı,axı bu ola bilməz !
Bütün bu naməlum hadisəyə baxmayaraq mən yenədə bu çəlimsiz adamı
gördüyümə sevinmişdim,düzü onunla qonşu olduğum 5 il müddətində ondan ola
bildiyincə uzaq durmağa çalışırdım,nəsə sevmirdim bu insanı ,bilmirəm

niyə.Amma burda onu gördüyümə çox sevinmişdim ,hətta bacarsa idim qalxar
onu qucaqlayardım,lakin mən başımı belə güclə qaldırırdım,ona görə təbii
olaraq bunu edə bilmədim.
Yorğun və qısıq səslə ona səsləndim :

  • Rafiq !
  • Rafiq !
  • Sən bura necə gəldin ?
  • Məni necə tapdın ?
    Rafiqdən mənim sualalrıma cavab gəlmədi ,mən yenidən cəhd etdim və azca
    güc toplayarq ,bu dəfə isə azca yüksək tonla səsləndim:
  • Rafiq !
  • Rafiq !!
  • Rafiq !!!
    Yox ,heç bir cavab yoxdur,o sanki çuxurun ortasına dikilmiş stolbadır və
    hərəkətsizcə dayanıb.
    Bir neçə dəqiqə sonra yağış damcılarının üzümə dəyməsi ilə silkələnib az da
    olsa sevinə bildim,artıq heç olmazsa suyum var deyə sevinirdim,balaca
    uşaqların ağızlarını açıb qar dənəciklərini dilləri ilə yaxaladıqları kimi məndə
    yağış damcılarını yaxalamağa çalışırdım,amma bu çox çəkmədi bir neçə dəqiqə
    sonra yağış dayandı ,mən heç su qabını yarsından aşağıya qədər belə doldura
    bilməmişdim.
    Əlacsızca yenidən qışqırmağa başladım :
  • Kömək edin !
  • Burda kim isə var ?!
  • Xahiş edirəm !!!
    Artıq oyuncağı əlindən alınmış bir uşaq kimi gözləri dolmuş və qırıq qırıq
    səslərlə aşağı tonda ,gözümdən yaş damcıları axaraq :
    Kömək edin , xahiş edirəm !
    İlahi mənə kömək elə !
    Allahım dözə bilmirəm,çıxar məni burdan !
    Deyə səsləndim saatlarca səsləndim !
    Sonra yoruldum və susdum.Bir müddət sonra keçmiş xəyallara dalmağa
    başladım,indiyə kimi etdiklərimi düşünməyə heç vaxt ayırmamışdım amma bu
    çuxur mənə bunun üçün çox zaman verdi.Hər gün mən etdiklərimi
    düşüürdüm,səhvlərimi ,doğrularımı ,nəyi nə üçün etdiyimi və nəyi nə üçün
    etmək istədiyimi,nəyə nail olduğumu nəyə isə ola bilmədiyimi uzun uzun
    düşündüm.

Orda tək qaldığım müddətdə mən kibirimin azaldığını hiss etməyə
başlayırdım,acizliyimi və güçsüzlüyümü tamamilə hiss edirdim.
Çuxurda günlər keçirdim və hər keçən saniyə ,dəqiqə,saat,gün mən
düşünürdüm,dayanmadan düşünürdüm.Bu zəhrimara qalmış çuxurun mənim
üçün tək xeyrini keçmişimi yaxşıca düşünməyə imkan yaratmasında görürdüm.
Əvvəllər mən çox kibirli biri olduğumu anladım,bu çuxur mənim yuksək
kibrimin həzin çöküşünü yaratmışdı,əslində bundan xoşnut idim,kibirsiz bir çox
məqamı və durumu düzgün dəyərləndirmək asan idi.Nəfsimə yenik düşərək
verdiyim səhv qərarların fərqinə varmışdım.
Uzun uzun düşünüb xəyallara dalıb,sonra isə yuxuya gedirdim.
7 ci gün ,bu gün artıq su tamamilə bitdi,yemək də həmçinin bu gündə
digərlərindən fərqsizdir,yene kömək istədim ,qışqırdım ,amma yenə məni eşidən
olmadı,sonra yenə xəyal ,fikir və yuxu.
9 cu günün zənnimcə səhəri həmin ip yenidən aşağı sallandı,bu səfər iki nəfər
aşağı endi,onlardan biri mənim qardaşım Toğrul idi,oda qonşum Rauf kimi
susurdu,onun yanındakı isə Atam idi,oda həmçinin susurdu,mən nə qədər
səslənsəmdə fərq etmirdi ,onlar susmağa davam edirdilər,axı niyə axı niyə onlar
çuxura enir və daha sonra susub geri qayıdırdılar ?!
Artıq qəzəblənmirdim,bəlkədə bu bir cəza idi,bəlkədə bir cür mükafat,çüxur
mənə nə isə qazandırdı ,buna əminəm,amma təbii ki, burda olmaq xoş deyildi !
Susuzluq baş ağrı verirdi,aclıq isə dözülməz həddə çatırdı.Aclığ və suszluğu
hiss etməmək,heç olmasa azda olsa unutmaq üçün yatmağa çalışırdım.
Özümü yuxuya verməyə çalışdığım bir çuxur günündə anidən bir səs eşitməyə
başladım , uzun zamandır öz səsimdən və quşların səsindən başqa səs
eşitməmişdim , bu mənə çox qəribə gəlirdi,başımı qaldırıb səsin gəldiyi tərəfə
baxmağa çalışdım,amma artıq elə bir yorğunluq susuzluq və aclıq var idi ki
,mən ətrafı bulanıq görürdüm,bir kölgə mənə tərəf yaxınlaşırdı ,bu yuxumdakı
kölgədir deyə düşündüm,bəlkədə ö kölgə ölüm mələyi idi və nəhayət düşdüyüm
çuxurda məni yaxalayırdı,daha sonra mən 4 il əvvəl vəfat etmiş qardaşımın
səsini eşitməyə başladım,o deyir di :
Qardaş !
Qardaş !
Oyan arıtq vaxtdır !

  • Mən ölürəm !? ya artıq ölmüşəm !?
    Oyan ! sən yatmamalısan qardaş !

Oyan Qasim !

  • Məni aparmağa gəlmisən qardaş ?!
    Cənab oyanın ,hey ,hey siz məni eşdiirsiniz ?
    O ,xəyal görür,mənə su verin,tez tez çantadan suyu ver !
    Cənab siz məni eşidirsinizmi !?
    Cənab cavab verin !
  • Qardaş onlar kimdir ?!
    O halisünasiya görür,!
    Naməlum kölgə 2 :Hərhalda səni qardaşı hesab edir !
    Helikopter hardadı ?
    Artıq gəlir ,bir azdan burda olar !
    Biz onu ayıq saxlamalıyıq !
    Üzünə su tök ! hə tök !
    Bir müddət sonra kölgələr netləşməyə başladı və mən gözlərimi çətinliklə açıb
    bağlayaraq,ətrafda olanları anlamağa çalışırdım .
    Kölgələr aydınlanmışdı .Mən onları görə bilirdim artıq,onlar Kanada qəza
    xilasetmə xidmətindən işçilər idi .
  • Cənab siz uzun müddətdir axtarılırsınız !axır ki , sizi tapa bildik !
  • Siz qəza yerindən çox uzaqdasınız !
  • Siz bura necə gəldiniz ?!
    Mən , qatar , qatar da idim !
  • Sizin bu qədər vaxt sağ qalmağınız həqiqətən bir möcüzədir ,buna görə
    Allaha şükür etməlisizin !
    Helikopter artıq burdadır,indi sizi burdan çıxaracağıq!
    Cavab olaraq mən yavaşca başımı yellədim !
    Bütün bu mətni oxuduğunuz üçün təşəkkür edirəm,mən başımdan keçənləri
    qələmə tökmək istədim ,düzdür ordakı bütün duyğularımı və olanları bura
    yazmaq təbii ki , mümkün deyil,amma mən çalışdım,siz isə əziyyət çəkib
    oxudunuz ,təşəkkürlər.
    Rüstəmli Qasim .

Təklif olaraq nə yaza biləcəyimi bilmədim ! Amma yazdığımın necə
olduğunu bilmək,səhv və düzgün yanaşmalarımı öyrənmək yaxşı olardı.
Qeyd edim ki,mən bunu 2 saat ərzində yazmışam çünkü gec xəbər
tutmuşam ,kobud səhvlərə görə üzürlü sayın ! Oxuduğunuz üçün çox
sağolun !

ƏDƏBİYYAT SİYAHISI
Yoxdur . Nə düşündümsə yazdım ! Xəyal məhsulu

Plagiat göstəricisi:

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.