“Exxon Mobil Korporasiyası” ABŞ-ın ən böyük neft və qaz transmilli şirkəti sayılır. Şirkət 1999-cu il 30noyabr tarixində “Exxon” və “Mobil neft” şirkətlərinin birləşməsindən yaranıb və baş ofisi ABŞ-ın Texas ştatının İrvinq şəhərində yerləşir. Şirkətin yaradıcısı Con Rockfeller sayılır səbəb isə Rockfellerə məxsus “Standart OİL Company” Şirkətinin tərkibində yaranmasıdır. Hazırki prezidenti isə Reks Tellersondur. “Exxon Mobil” dünyada 5 ən yüksək gəlirli neft və qaz şirkəti sayılır. 2014-ci ildə “Forbes Global 2000″ reytinq cədvəlində 6-cı yerdə, Fortune 500 reytinq cədvəlində isə gəlirlərinə görə 2-ci yerdə qərarlaşmışdır, həmçinin şirkətin işçilərinin sayı 76000 –dən çoxdu. “Exxon Mobil Korporasiyası”-nın cəmiaktivlərinin dəyəri 349 milyard 500 milyon dollar, əməliyyat gəlirləri isə illik 34 milyard dollar səviyyəsindədir.
Şirkətin SWOT analizi:
Strenghts ( güclü tərəfləri)
- Dünyada hələdə ən böyük neft və qaz şirkəti olması
- Şirkətin məhsulları artıq dünyada brendə çevrilib həmçinin istehsalın diversifikasiyalaşdlrması nəticəsində gəlirlərinin nəzərə çarpan səviyyədə artması
- Dünyanın 21 ölkəsində 37 neftayırma zavodunun olması
Weaknesses (zəif tərəfləri)
- Son illərdə neftin qiyməti ilə əlaqədar gəlirlərinin azalması.
- Neft sızmaları və ətraf mühitin çirkləndirilməsi
- Alternativ enerji mənbələrindən geniş şəkildə istifadə edə bilməməsi
Opportunities ( imkanları)
- Yaxın Şərq, Asiya, Cənubi Asiya və Cənub-Şərqi Asiyada, o cümlədən bir çox inkişaf etməkdə olan ölkələrdə enerjiyə olan təlabatı ödəmə imkanları
- İri bazarlara yüksək investisiya yatırımı
Threats (təhlükələri)
- Alternativ enerjiyə yatırımların azlığı bazarda rəqibləri ilə rəqabəti çətinləşdirir
- Neftin Dünya bazarında qiymətinin aşağı düşməsi