“LT HOTEL” Azərbaycanın səfalı yerlərindən olan Oğuz şəhərində yerləşir. Həmin oteldə 4 gecə qaldım. Öz fikirlərimi Sizlərlə bölüşmək qərarına gəldim
STRENGHTS (GÜCLÜ tərəfləri):
- Gülərüz personal
- Otel həyətinin olması.
- Zamanın aktiv keçirilməsi üçün şəraitin olması.
- Otaqların lazımi səviyyədə qızdırılması.
- Nömrələrdə otelin öz mətbəx ləvazimatlarının olması.
- Şifrəsiz WIFI nin olması.
- Yastıqlı yelləncəyin olması.
- Zalda açılı divanın olması.
- Nömrələrin səliqəli və təmiz olması.
WEAKNESSES (zəif tərəfləri):
- Elektrik sistemində baş verən nasazlıqlar nəticəsində işıqların sönməsi.
- WİFİ- ın nömrələrdə zəif olması.
- Mətbəxdə təbii qazın olmaması.
- Nömrələrdə hamam ləvazimatlarının müştəri sayısından az olması.
OPPORTUNITIES (imkanları):
- 1 km-də bazarın olması.
- Təbiət qoynunda yerləşməsi ( dağlarla əhatə olunması)
- Şəhərdə yerləşməsinə baxmayaraq səs-küydən uzaq olması.
- 30 km məsafədə tarixi abidələrlə zəngin olan Şəki şəhərinin yerləşməsi.
- 500 m məsafədə dağlarla əhatələnmiş restoran və kafelərin olması.
- Azərbaycanda otel sahəsində boşluğun olması.
THREATS (təhlükələri):
- Ölkə miqyasında tanınmaması.
- Bayram günlərində qiymətlərin qaldırılması . Adi günlərdə 5 nəfərlik ailə üçün 1 gecəlik qiymət 60 AZN, bayram günlərində isə 75 AZN-dir.
- Hotel reklamının Oğuz və ətraf rayonlarında aparılmaması.
- İqtisadi böhran.
Yazı üçüçn çox sağ olun. Sizin özümüzə aid belə nümunələrinizi oxumaq çox maraqlıdır. Davamı gəlsin ki, oxuyaq. 🙂
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Dəstəyiniz üçün təşəkkürlər 🙂
BəyənBəyən
Salam Zehmet olmasa bu otelin kontaktlarini paylashin. Google-da tapmaq olmur. Ziyaret etmek isterdik 🙂
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Salam. 0703900010 Nihad bəy
BəyənBəyən
[…] Oğuz rayonunda yerləşən «LT HOTEL» SWOT ANALIZ 317 […]
BəyənBəyən