Stressə YOX!


YAZAR: Aynurə Babayeva

Əvvəlcə onu qeyd etmək lazımdır ki, könüllü izolyasiya və məcburi izolyasiya arasında fərqlər mövcuddur. Əgər sosial təcrid məcburiliyi deyil, faydalı tərəfləri düşünülərək keçirilsə daha az stress yaradar. Təcridolmanın şəxsi inkişafa verdiyi faydalar  tez-tez xatırlanması, hər kəsin başqalarının  inkişafına dəstək göstərməsi üçün  təşviq edilməsi pozitiv nəticələrin əldə edilməsinə səbəb ola bilər.

 Sosial təcridolmanın psixolojik təsirləri digər təsirlərə  nisbətən daha dərindi. Nəinki indiki dönəmdə,  biz bu təsirlərin izini üzərimizdə uzun müddət hiss edə bilərik.

 Tədqiqatlardan birində karantin vaxtı və ondan sonrakı dövrdə təcrid olunmuş insanların psixolojik testlərinin nəticələri müqayisə edilmişdir. Karantində olan insanlardan 7%-də (1656/126) narahatlıq və 17%-də əsəb hissi olduğu və 4-6 ay sonra narahatlığın  3%-ə, əsəbin isə 6%-ə kimi azaldığı müşahidə edilmişdir.1 Keyfiyyət tədqiqatlarının birinin nəticəsinə görə uzun karantin dönəmindən sonra bəzi insanlarda tez-tez əlləri yumaq, sıxlıqdan uzaq durma kimi uzunmüddətli davranış dəyişiklikləri müşahidə olunub və bəziləri üçün də normal həyata qayıtmaq aylarca vaxt alıb.2 Karantində 10 gündən daha çox qalan insanlarda travmadan sonrakı stress simptomları 10 gündən az karantində olanlara nisbətən daha yüksəkdir.3

 İnsanlarda stress yaradan digər faktorlara əsassız informasiyaları, peyvəndin hələ də tapılmaması, iqtisadi vəziyyət, təhsildən kənarda qalma və s. aid edə bilərik. Məhdudiyyətlər, gündəlik rejimin pozulması və başqaları ilə sosial, fiziki təmasın azalması tez-tez sıxıntıya, frusturasiyaya və dünyadan izolyasiya duyğusunun yaranmasına səbəb olur və insanları kədərləndirir. Bu frusturasiya hər günki fəaliyyətlərin yerinə yetirilə bilinməməsinə görə,  gündəlik tələbat mallarını mağazaya gedib ala bilməmək, dostların, qohumların, qonşularınla bir araya gələ bilməmək, bəzi ərazilərdə zəif şəbəkə ucbatından internet və ya zənglə rahat şəkildə söhbətləşə bilməmək, daha da artır.Öz evində doğmaları ilə qalan insanların vəziyyəti, evindən, ölkəsindən kənarda qalanlara nisbətən daha yaxşıdı.

Maliyyə itkisi karantin zamanı əsas problemlərdən biridir. Müəyyən kateqoriyaya aid insanlar işləyə bilməz, karyera planlarında geriləmə ola bilər, yenicə qurduğu biznes qəfil meydana çıxan qadağalara görə axsaya bilər və s. Bununla bağlı keçirilən təqdiqatlarda belə bir nəticə çıxarılıb ki, karantinə görə yaranan maliyyə sıxıntıları ciddi sosioiqtisadi çətinliklər yaradıb və sonrakı aylarda psixolojik narahatlıqların- əsəb, narahatlıq üçün əsas risk faktoru olub.

 Gələcək zamanda qarşılaşacağımız neqativ faktorlardan biri də stiqmalizasiyadır. Xüsusilə xəstəliyə yoluxub sağalmış və ya xəstəlik riski ehtimal edildiyindən xüsusi karantik şəraitində yaşamış insanlar digərləri tərəfindən bir müddət diskriminasiya məruz qala bilərlər. Yoluxucu xəstəliklərdən əziyyət çəkmiş respondentlərlə aparılan tədqiqatlardan məlum olub ki, tam sağalsalar belə həmin fərdlər digər insanlardan fərqli münasibət görüblər. Sosial tədbirlərə dəvət edilməyib, qorxu və narahatlıq dolu davranışlar və tənqidedici rəylərin bildirilməsi kimi hallar yaşayıblar. İctimaiyyətə karantin və sağlamlıq haqqında məlumatların verilməsi stiqmanı azaltmaq üçün vacibdir. Məktəblərdə və iş yerlərində xüsusilə daha ətraflı, maarifləndirici məlumatların verilməsi  daha da faydalı ola bilər. KİV-lərin reportajları geniş ictimaiyyətdə qərəzli münasibətlərin artmasına kömək edir.  KİV ictimai münasibətlərə güclü təsir edir və dramatik başlıqlar və qorxulu süjetlərin keçmişdə stiqmalizasiyanın artmasına töhfə verildiyi göstərülmüşdür. (məsələn, SARS-nin yayılması zamanı)4 Bu məsələ səhiyyə işçilərinin sürətli şəkildə əhalini informasiya ilə təmin etməsinin vacibliyini vurğulayır.  Vəziyyəti dəqiq anlamağa kömək etmək üçün təsirlənmiş bütün əhaliyə çatdırılan məlumatın üslubu, mesajları və kim tərəfindən deyilməsi  çox əhəmiyyətlidir.

 Bəs biz bu faktorların üzərimizdəki təsirlərini necə azalda bilərik? Bu suala birmənalı cavab vermək mümkün deyil. İnsanların həm bioloji, həm də psixoloji fərdiliyi nəzərə alınmalıdı. Ona görə də aşağıdakı təkliflərdən sizə daha çox uyğun olanını tətbiq etməyə çalışa bilərsiz.

1. Xəbərləri yalnız rəsmi saytlardan oxumaq.

2.Keçirilən webinarlarda iştirak etmək.

3. Online könüllü olmaq.

4. Bildiyiniz hər hansı dili öyrətmək məqsədilə videolar çəkmək.

5.Kommersiya dəyərini artırmağa çalışmaq. Əgər siz xüsusilə sonuncu kurs tələbəsisinizsə bu maddəyə daha çox diqqət yetirə bilərsiz. Yeni dil öyrənmək, online kurslara qoşulmaq və s. kimi vasitələrlə cvlərinizi zənginləşdirə bilərsiz.

6.Gününüzün müəyyən saatını dostlarınızla söhbətə və ya sosial şəbəkələrdə yeni insanlarla tanış olmağa ayırmaq. Beləliklə, sosial münasibətlər sahəsində təcrübənizi genişləndirə bilərsiz.

7.Sağlamlığınızın daha çox qeydinə qalmaq. Ola bilər ki, uzun müddətdi çəkinizi normaya salmaq istəyirsiz. Bunu yeni bir rəqs öyrənərək və ya evdə məşğul ola biləcəyiniz idman növü öyrənərək edə bilərsiz.

8. Klassik həll yollarından biri kitab oxumaq və film izləməkdi. Ancaq burda diqqət edilməli əsas məqam janrdır. Dram və ya tragediya janrı sizin əhvalınız üçün uyğun olmaya bilər. Üzərinizdəki neqativ auranı artıra və sizi daha çox stressə yaxınlaşdırar. Məhz bu səbəbdən də motivasiya mövzulu komediya janrı bu günlərdə uyğun seçim ola bilər.

9. Bəzən insanlar evdə qalmaq anlayışını səhv başa düşür. Evdə qalmaq demək balkona və ya həyətinizə çıxmamalısız demək deyil. Xüsusilə günəşli havada bir az vaxt keçirməyiniz bədəninizə və əsəblərinizə dinclik gətirir.

10. Əsas qızıl qayda isə özünüzü yormamaqdır. Son zamanlarda sıx təsadüf edilən hallardan biri insanların boş vaxtı dəyərləndirmək adı ilə özlərini həddən artıq yükləmələridir. Sağlamlığımızı gündəmdəki təhlükədən qoruduğumuz kimi sıxıntı, stress, gərginlik, həddən artıq yüklənmədən də qorumalıyıq.

 Xüsusi rejim müddətində gücləndirilmiş iş rejimində çalışan insanları başa düşməli və onlara dəstək olmaq həm bir mənəvi borc, həm də vətəndaş öhdəliyidir. Onların əməyinin qiymətləndirilsi əhalini birliyə səslədiyi kimi, mövcud vəziyyətin daha tez bitməsinə yardım etmək deməkdir.

  Bütün bunlarla yanaşı,  sosial izolyasiya mövcud çatışmazlıqları və fərqində olmadığımız sərvətlərimizi bizə göstərdi, untduğumuz təhlükələri bizə xatırlatdı. Qadağalar aradan qalxdıqdan sonra son günlərdə düşündüyümüz planları daha gümrah və vəcdlə həyata keçirməyə çalışacağıq. Dincəlmiş təbiət də bizim bu cəhdlərimizə daha məhsuldar cavab verəcək. Xatırlamalıyıq ki, dünyada hal-hazırda mövcud olan hər şeyi kəşf edən insanlar-bizlər bundan sonrakı bütün sıxıntılardan da öhdəsindən gəlməyə qadirik. Həll yollarının tapılması üçün birlik, bərabərlik içində olmalı, səylə çalışmalı, bir-birimizə hörmətlə yanaşmalıyıq. Mənəvi və psixolojik olaraq nə qədər güclü olsaq maneləri aşmaq, çətinliklərin öhdəsindən gəlmək bir o qədər asan olacaq.

Ədəbiyyat:

1.H Jeong, HW Yim, Y-J Song, et al.

Mental health status of people isolated due to Middle East respiratory syndrome

Epidemiol Health, 38 (2016), p. e2016048

2.MA Cava, KE Fay, HJ Beanlands, EA McCay, R Wignall

The experience of quarantine for individuals affected by SARS in Toronto

Public Health Nurs, 22 (2005), pp. 398-406

3. L Hawryluck, WL Gold, S Robinson, S Pogorski, S Galea, R Styra

SARS control and psychological effects of quarantine, Toronto, Canada

Emerg Infect Dis, 10 (2004), pp. 1206-1212

4.P Wu, Y Fang, Z Guan, et al.

The psychological impact of the SARS epidemic on hospital employees in China: exposure, risk perception, and altruistic acceptance of risk

Can J Psychiatry, 54 (2009), pp. 302-311

Plagiat Göstəricisi:

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.