Evdə qal kampaniyası mənim həyatıma(təhsil,şəxsi inkişaf, davranış) təsiri perspektivləri


YAZAR: Salatın İbrahimova

Belə düşünürəm ki, həyatda ən böyük qalxmalar ən böyük düşüşlərdən sonra alınır.

#Evdəqal kampaniyası heç kimin ürəyincə olmasa da, hər kəs olanlardan gileylənsə belə,

evdə qalmağın, evdə vaxt keçirməyin nə qədər faydalı və ya ürəkaçan olduğunu gördük. Şəxsi

həyatımızda ailə ilə keçən zamanın əslində sosial həyatımızda olan dostlarla keçirdiyimiz zamandan

daha dəyərli olduğunu gördük. Bu bizim üçün bir növ fürsətdir ki, ən əzizlərimizlə vaxt keçirə, asudə,

olan vaxtımızı onlara həsr edə bilirik. Həm ailəyə olan davranışım dəyişdi, onlara olan diqqətim,

məsuliyyətim artdı və daha mehriban olmağa, daha candan yaxın olmağa çalışıram. Təkcə qan bağı

deyil, can bağımla onlara bağlandığını hiss etdim.

İndi isə, təhsilin ev şəraitində bizə göstərdiyi müsbət tərəflərə gələk. Evdə qal kampaniyası

universitetə gedərkən yolda itirdiyimiz vaxtı daha səmərəli keçirməyimə, boş vaxtımın çox olması

özümdə fərqinə varmadığım hobbilərimin ortaya çıxmasına səbəb oldu. Belə deyək ki, yolda sərf

etdiyim zamanı evdə şəxsi inkişafıma səbəb olacaq kitablar oxumaqla, davranışlarımı,həyata baxış

tərzimi dəyişəcək videolar seyr etməklə keçirirəm. İxtisasımla bağlı elmi araşdırmalar etməkdən də bir

növ zövq alıram. Dərslərin isə onlayn keçirilməsi hər bir evdə, yəni rayonda, şəhərdə internetin

bərabər paylanmasından yana olsa , çox böyük xeyirlərini görməyimizə yardımçı olar. Mən özüm həm

universitet tələbəsi olmağımla yanaşı, evdə repititor hazırlığı ilə də məşğul olurdum. Həm tələbə,

həm müəllim olaraq onlayn təhsilin həm də çox yorucu olduğunu da vurğulamaq istəyirəm.

Müəllimlər şagirdsiz, şagirdlər isə müəllimsiz bir heçdirlər. Amma təbii ki, üzbəüz ünsiyyətin, izahın

qarşı-qarşıya oturub bir xatirəni yaddaşlara həkk etmək belə onlayn təhsildən daha dəyərlidir. Hər şey

təhsil deyil, təhsillə bərabər xatirələr, paylaşımlar, dostluqlar, səmimiyyət də bizim biz olmağımıza

səbəb olacaq. Qeyd edim ki, ən çox darıxdığım insanlar arasında ilk növbədə şagirdlərim və

müəllimlər var.

Bu xəstəlik, virus bizə evdə qalmağı, azadlığın necə dəyərli olduğunu, adicə evdə qalmağın belə insana

əziyyət verdiyini, azadlığın necə gözəl nemət olduğunu göstərdi. Bundan ziyadə insanlığın hələ də

qaldığını bizə isbat etdi. Bizim birlik əldə edərək ac, ehtiyacı olan, bu çətin günlərdə dayaq axtaran

yoxsullara yardımlarımız, etdiklərimiz danılmazdır. “Evdə qal kampaniyası“ insanlığı da unutdurmadı.

İnsaniyyətin dinlə, irqlə, dövlətlə əlaqəsinin olmadığını da bizə aşıladı.

Hər zaman insanlardan uzaq, sakitlikdə bir vaxt keçirməyin daha əlverişli, daha yaxşı, daha faydalı

olacağını düşünürdüm. Amma bu dönəm mənə insanın insana necə xeyirli, necə önəmli olduğunu

öyrəndim. İnsan insana hər mənada, hər cəhətdən möhtac imiş.

Dünyadakı yaşamımız belə bizə verilən imkanlardan asılıdır. Verilən imkanları dəyərləndirmək isə öz

əlimizdədir. Bu imkanlar sayəsində isə bizim bu günki edəcəklərini, bizim davranışlarımız, insanlara,

təbiətə rəftarımız, həyata baxış tərzimiz bizi sabaha güclü şəkildə aparan şəxsiyyət olmağımıza

səbəbdir. Adi bir qala, bir tikili düşünək ki, hansı tərəfə meyl edirsə o tərəfə də yıxılaraq. Özümüzü

tanımağımıza, bizdə olan gizli bacarıqlarımıza, bu bacarıqlarımızı həyata keçirməyimiz üçün karantinin

bir şans, fürsət olduğu da danılmaz faktdır. Daha irəli inkişaf üçün təkcə biz deyil, bütün dünyanın

aludə olduğu və çəkinə bilmədiyi zərərli vərdişlərdən belə çəkinməyə yardımçı oldu. Hətta

xəstələrdən birinin Allahın mənə verdiyi oksigeni belə pulla almalı olurdum. Karantinin şans olduğunu

bizi yeni dünyaya daha yaxşı davranışlarla apara bildiyini özüm üçün böyük uğur sayıram.

Öyrəndiklərim məni bu qənaətə gətirdi ki, problemim olsa belə bu özümün, sevincim olsa amma

hamının olsun. Həyatımızın daha gizli, sosial olmamasının daha xeyirli olacağına inanıram. Tarixi

faktlara baxsaq, keçmişdə olduğu kimi əsrlikdə olan insanların heç birinin yaşayış tərzindən,

problemindən edilən işgəncələrdən xəbərimiz belə olmayıb.

Ən əsası isə şükür etməyi, hər kəslə mehriban olmağı, həyatın qısa və mənalı olduğunu, kimsə

haqqında əvvəlcədən mənfi fikirlər düşünməklə, qınadığımız bir şeyin səbəbini öyrənəndə əslində nə

qədər səhv düşündüyümüzün fərqinə vardıq. Hər şeyin qədrini bilmək, şikayət elədikləri mizin, hər

anımın dəyərli olduğunu, sabah üçün yüz faizlik planlar quraraq, insanlarla mütləq sabah görüşəcəyik

kimi ayrılmamağı öyrəndim.

Azərbaycanın o qədər güclü dövlətlərin qarşısında necə tədbirli, çevik, uzaqgörən, lazım olanda

insanlara, eləcə də təbiətə arxa dayaq durduqlarının da şahidi oldum. Bu xəstəlik öz dövlətimin,

millətimin gücünü görməyimə yardım etdi.

Şəxsi həyatım haqqında da vurğulamaq istədiyim bəzi tövsiyələr var. Bir çox dostluğuma,

münasibətimə son qoydum. Bu həyatın bizə bir dəfə verildiyini və bu həyatı bizi üzən insanlarla məhv

olmasına imkan yaratmayan. Bizi dəstəkləyəcək, bizə dayaq olacaq insanlarla vaxt keçirsək, bizə həm

şəxsi inkişafda, həm gələcək həyatımızda böyük xeyri olacağını düşünürəm. Ətrafı,təbiəti sevməklə

yanaşı özümüzü də sevməli olduğumuzu, hörmət etməli olduğumuzu, özümüzə vaxt ayırmağı,

təklikdə belə vaxt keçirməyin nə qədər əyləncəli olduğunu da görə bilərik. Bir siyahı, bir təqvimlə

günlük rejimimi də qurmağı mənimsədim. Özümüzə hörmət etməklə, əslində hər kəsə olan

hörmətimiz də göz qabağında olacaq. Özümüzü sevək ki, insanları qadınları sevək. Qadın demişkən,

bu mövzuya da toxunmağımın vacibliyini də bildirməliyəm. Qadın azadlığı haqqında da böyük

araşdırmalar elədim. Qadınlar olmadan həyatımızın 80 faizinin olmadığını bilmək belə mənim üçün

faydalı oldu. Gələcəkdə quracağım cəmiyyətdə belə qadınlara hörməti, izzəti aşılamağa çalışacağam.

Qadınların azadlığını hər əzaba, işgəncəyə dözərək daha güclü qadın adlandırmaqla yanlış

düşüncələrə sürükləndiyimizi də vurğulamalıyam. Qadınlar dözərək deyil də, heç kimdən asılı

olmayaraq yaşamağı ilə qadın azadlığını sübut edəcəklərinə inanıram. Bu xəstəlik zamanı belə hər

qadın evdə olaraq bizlərə bu qədər qayğı, məhəbbət göstərdiyinin də şahidi olduq. Analarımız,

bacılarımız, qızlarımız bizim üçün əmanətdir. Onlara sahib çıxıb, qorumağı öyrəndim.

Hər asudə vaxt bizim üçün çox şeyi dərk eləməyimizə yardımçı olacaq. Asudə vaxtlarımızı səmərəli,

faydalı bizə yardım edəcək şəkildə keçirək. Bayaq da vurğuladığım kimi bizə zərər vuracaq insanlardan

uzaq olaq. Hər zaman birilərinin uğurlarına, sevincinə şərik olaq. İnsanlar üçün sevinək. İçimizdə kin,

paxıllıq saxlamaqla heç bir uğura imza ata bilmərik. Uğurlarımız üçün, edə biləcəklərimiz üçün

ləngiməyək, gecikməyək. Edəcəklərimizi bu gün edək, həyatda bu gün son gün imiş kimi yaşayaq. Bir

yaxşılıq edəndə, bir gülə, ağaca, bitkiyə su verdikdə, ona həyat verdikdə nə üçün etdim ki, bir kitab

oxuduqda belə bunu nə üçün oxudum ki, biri ilə yemək, paltar, əşya paylaşdıqca bunun mənə nə

faydası olacaq ki, düşünmədən həyatımızı doya-doya yaşamağa çalışaq. Bir də bunları etmədən boş-

boş oturub da həyatımızın sonu olacağını düşünək.

Həyatda nə üçün varıqsa, onun üçün yaşamağı öyrəndik. Hər kəsin, adi bir tənbəl insanın belə

karantin vaxtında özü üçün bir şeylər etmək istədiyinə əminəm. Hər kəsin həyatına qatacağımız, onun

üçün edəcəyimiz ürəkdən gələn yaxşılıqlarla yadda qalaq. Özümüzü və ətrafımızı sevək. Hər kəsin

fikrinə, azadlığına hörmətlə yanaşaq. Hər zaman ədalətin bizi üst plana çıxaracağına inanaraq yalan

danışmaqdan çəkinək, hər kəsə doğru yol göstərməyə çalışaq. Elə özümüz də düz yoldan çəkinməyək

və son olaraq, yenə deyirəm ki, nə üçün varıqsa, onun üçün yaşayaq. Özümüzə yaxşı davranaq.

Müsabiqə üçün əziyyəti keçən hər kəsə təşəkkürlər. Layiq olan qazansın

Ədəbiyyat siyahısı:Hikmet Anıl Öztekin

Beyhan Budak

Plagiat göstəricisi:

Evdə qal kampaniyası mənim həyatıma(təhsil,şəxsi inkişaf, davranış) təsiri perspektivləri” üçün bir şərh

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.