Sosial medyada paylaşım üçün effektiv 3 zaman


Salam Dostum. Necəsən? Ümid edirəm hər şey qaydasındadır! Günün hansı saatlarında paylaşım edirsən? Həmin saatların effektiv olduğunu düşünürsən? Sənə 3 zaman aralığı təklif edirəm. Bu zamanlarda paylaşım edərsən, statusların daha çox insana çatacaq. Başlamadan öncə bunu oxuya bilərsən. Araşdırmam xoşuna gəlsə paylaş ki, digərləri də görsün. Əlavə fikirlərini mənə yaza bilərsən. Hazırsansa, başlayaq…

1. 06:00 – 08:00

Bu saatlarda çoxumuz paylaşım etmirik. “Səhər tezdən kimdi eee paylaşımı oxuyan, sonra paylaşaram” deyə düşünürük, hətta səhər bu saatlarda oyana bilməyənləri nəzərə alsaq, həmin zaman aralığında boşluq yaranır və sən paylaşım edərsən, İşidaha çox insan görəcək.

Murad Hümmətin fikrinə görə 07:45, çünki ən yaxşı satış qabiliyyəti olanlar səhər işə durub gedən şəxslər və ya sosial mediada aktiv olan şəxslərdir. Başqa gələn insanlar isə həmin vaxtı yolda olur və sosial mediyaya girmək ehtimalları çoxdur.

2.  12:00 – 14:00

Bu saat aralığı tələbələrin dərsdən çıxdığı və dərsin başlanmasıdır. İşləyənlərin nahar fasiləsidir. Tələləbər dərsə girmədən öncə sosial medyadan istifadə edir və dərsdən çıxan kimi sosial şəbəkələrə baxır. Həmçinin işləyənlər də nahar zamanı sosial medyadan istifadə edir. Əgər bu saat aralığında paylaşım edərsən, işləyənlər və tələbələr sənin paylaşımını görəcək.

3.   21:00 – 24:00

18:00 – 19:00 arası tələbələr və işçilər evlərinə gedir. tıxacı və uzun yolu nəzərə     alsaq 20:00 – 21:00 evə çatır. Biraz yemek yedikden sonra sosial medyadan istifadə etməyə başlayır. 24:00 a qədər aktivlik yaranır və sən bu aktivlikdən yararlanaraq öz status, reklamını rahatlıqla paylaşa bilərsən

Sənin izləyici kütlənə görə bu saatlar dəyişə bilər. Effektiv zamanı tapmağın üçün izləyicilərini təhlil et

Dəyərli Dostum, əlavələrin varsa rəy bölməsində mənimlə və digər oxucularımla  bölüşə bilərsən!

 

Sosial medyada paylaşım üçün effektiv 3 zaman” üçün 3 şərh

  1. Burda öz təcrübənizə əsaslanaraq bu saatları qeyd edirsiniz?
    sosial media deyəndə hansı şəbəkələri nəzərdə tutursunuz, məs. Facebook, İnstagram, Twitter, Vk, Snapchat və s.

    Bəyən

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.