Salam əziz Dost. Uzun müddətdir ki , səninlə görüşə bilmirdim. Düşünürsən ki , niyə? Azərbaycanın Milli Biznes Çempionatı olan “Youth in Business”-də iştirak edirdim. Bu nə çempionatdır?
Youth in Business – Milli Biznes Çempionatı- Almaniyanın “Sparkasse” Maliyyə Fondunun və IB Clubun təşkilati dəstəyi ilə həyata keçirillən Azərbaycanın ilk Milli Biznes çempionatıdır.
Təsisçisi Shamsi Bayram-zadehdir
Qatılmaqla nə əldə etdim?
– Qısa bir zamanda Biznes ideyamın planlamasını öyrənmək,
– Komanda ilə işləmək, araşdırma qabiliyyətimi inkişaf etdirmək, kütlə qarşısında təqdimat həyata keçirmək, ən önəmlisi isə özümü hərtərəfli inkişaf etdirmək,
– Öyrəndiklərimi tətbiq etmək bacarıqlarına yiyələndim 🙂
Köməyə görəMehrac Lətifli və Aysel Aghazadeh yə Təşəkkürlər 🙂
Bu çempionatın müsbət (strength) cəhətləri hansılardır?
· Azərbaycanın Milli Biznes Çempionatıdır.
· Öz sahələri üzrə peşəkar münsif heyəti:
- Shamsi Bayram-zadeh
- Aytan Aliyeva
- ‘Kenan Huseynli
- Samir Karimov
- Rasif Dunyamali
- Senan Nazarov
- Elgun Quluzade
- Erkin Zeynallı Ergin
- Elvin Dadashov.
- Orxan Rzayev
Hər birinə Təşəkkürlər 🙂
· Koordinator olan Zeynal Laylabaşov öz işinə məsuliyyətli yanaşması. 🙂
· Komandanın nə demək olduğunu anlayırsan.
· Biznesə maraq yaradır.
· Biznes planını reallaşdırmağın üçün maddi dəstək verir.
· Auditoriya qarşısında çıxış.
Mənfi ( weakness) cəhətləri hansılardır?
· Komanda işinin təşkili ilə bağlı yığılan komandaların test müddətindən keçirilməməsi (komandalara test sınağında eyibləri öyrədilməlidir ki, yarım final və final sanballı olsun)
· Layihə üçün ayrılan müddətin az olması ( Minimum 3 ay olmalıdır)
· MÜNSİFLƏRİN MÜNSİFMİ YOXSA İNVESTOR KİMİ ÇIXIŞ ETMƏLƏRİNİN QEYRİ MÜƏYYƏN OLMASI
· biznes planın ayrı-ayrı sahələri üzrə ayrı-ayrı mütəxəsislər tərəfindən ən azı bir həftə hazırlaşdırılmaması
· Kifayət qədər tanınmaması. ( tanınması üçün universitetlərdə PR-ı daha güclü aparmaq lazımdır, yəni hər universitetin rektoru ilə danışıb rektoratlıq səviyyədə PR aparılmalıdır.)
· Münsiflərin ölkə reallıqlarının ürək açan olmadığı halda komandadan az qala avro standartlar tələb etməsi
· Saat 15.00 da yekunlaşmalı idi, lakin 17.00 ə kimi uzandı. ( Növbəti çempionatda vaxta riayət olunmalıdır, gec yekunlaşmasına səbəb vaxtında başlamaması idi)
· Komandaların çempionata hazırlaşmaları üçün şəraitin olmaması ( Universitetlərlə şəxsən özləri danışıb hazırlaşmaq üçün şərait yaratsınlar.)
· Komanda üzvlərinin 50%-nin eyni universitetdən olması ( komanda üzvlərinin eyni universitetdən olması komandanın həmin universiteti təmsil etməsi deməkdir. 50% – i fərqli yerdən olması məqsədəuyğun deyil )
Fürsətləri (Opportunities) hansılardır?
· Gənclərin marağına səbəb olması ;
· Universitetlər arası rəqabətə gətirib çıxarması ;
· Gənclərin öz vaxtlarını səmərəli, faydalı keçirməsinə şərait yaratması nəticəsində hər çempionatda komandaların sayı artmaqdadır.
İnkişafına nələr mane olur? (Threats)
· universitetlərlə lazimi əməkdaşlığın olmaması , təlimçilərə nəticədə süni əngəllər yaradır.
· Hələ də insanların düşüncəsində “Gənc hara , biznes hara” “ Universiteti bitirsin normal maaşa işləsin kifayətdir” fikirlərinin olması.
· “Vaxtımı boşa itirəcəm”, “Digər çempionatlardakı kimi biznes planımı oğurlayacaqlar” düşünülməsi.
Bu səbəbdən səninlə uzun müddət idi ki, görüşə bilmirdim… Ümidvaram hər həftə birlikdə olacağıq. Gələn görüşlərədək 🙂
[…] çempionatla bağlı öncəki yazıma buradan baxa […]
BəyənBəyən
[…] Azərbaycanın Milli Biznes Çempionatı olan “Youth in business ” in SWOT təhlili […]
BəyənBəyən